BIRYOL.AZ
BIRYOL.AZ Instagramda
x
Online, Azərbaycan, Bakı
22.04.2021

Haqqımızda

Aşağıda layihəmiz haqqında biraz daha ətraflı məlumat əldə edə bilərsiniz

Layihəni yaratmaqda məqsədimiz sürücülərlə sərnişinləri əlaqələndirməkdir. Sürücülər özlərinə yol yoldaşı, xərclərini paylaşacaq ortaq tapacaq, sərnişinlər isə daha az xərclə istədikləri ünvana gedib çıxacaqlar, göndərmək istədiklərini ünvana çatdıracaqlar.

Sürücü olaraq ne qazacaqsınız?
Sürücü getdiyi uzun yol üçün yol yoldaşı tapmış olacaq, necə deyərlər, yolunu bir edəcək. Həmçinin, yanacaq xərcini də paylaşmış olacaq, kiminsə yükünü çatdırmaqla əlavə qazanc əldə edə bilər.

Sərnişin olaraq ne qazacaqsınız?
Hər gün işiniz və ya təhsilinizle bağlı şəhərin bir tərəfindən digər tərəfinə getməli olursunuz yaxud tez-tez regionlara gedirsiniz, yük göndərməli olursuz, amma şəxsi avtomobiliniz yoxdu. İctimai nəqliyyat komfortlu deyil, taxi isə maddi cəhətdən əlçatan deyil. Elə isə gündəlik sizinlə eyni yolu gedən, siz hansısa regiona geden zaman həmin istiqamətdə gedəcək sürücünü tapmaq üçün BIRYOL.AZ saytına baş çəkməyiniz kifayətdir.

Sürücü və sərnişinlər gedişin şərtlərini özləri razılaşdıracaqlar. Burada həm sürücülər, həm sərnişinlər qazanacaqlar, həmçinin də ekologiyamıza xeyir vermiş olacayıq.
Biryol.az - bizimlə yolunuz BİR, xərciniz az olsun!
BIRYOL.AZ